Energetika Nazirliyindən “QİA.AZ”a verilən məlumata görə, Azərbaycanın energetika sektorunda islahatların sürətləndirilməsi ilə bağlı dövlət başçısının müvafiq tapşırıqlarının icrası çərçivəsində ölkəmizdə liberal elektrik enerjisi bazarının yaradılması üçün Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə onlayn semina rkeçirilib. Elektrik enerjisi bazarı və bərpa olunan enerji mənbələrinin liberal bazarmünasibətləri şəraitində idarə edilməsi məsələlərinə həsr olunmuş tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz də iştirak edib.
Nazir Pərviz Şahbazov qardaş Türkiyə ilə əməkdaşlıq əlaqələrinin bütün sahələrdə,o cümlədən enerji sektorunda yüksələn xətt üzrə inkişaf etdiyini bildirib: “AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində reallaşan strateji enerji layihələriəməkdaşlığımızın yalnız iki ölkənin deyil, dünyanın enerji xəritəsinin yenidən formalaşmasında mühüm rol oynadığını göstərir. Türkiyənin elektrik enerjisi bazarı vəbərpa olunan enerji sahəsində nailiyyətləri və bu isitiqamətdə əməkdaşlığımız da ölkəmizin lektroenergetika sektorunun yeni münasibətlər əsasında inkişafına töhfə verəcəkdir.
”Çıxışda, həmçinin elektroenergetika sahəsində liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərin və bu sahədə bazar prinsiplərini ehtiva edən yeni qanun layihəsininhazırlandığı bildirilib. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinində Azərbaycan Prezidentinin islahatlar və iqtisadiyyatın diversifikasiyası kursunun prioritetlərindən olduğu, bu məqsədlə ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluşgücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30%-ə çatdırılmasının planlaşdırıldığı vurğulanıb. Ümumi gücü 470 MVt olan külək və günəş elektrik stansiyalarıilə bağlı pilot layihələrin isə artıq icra olunduğu qeyd edilib. Eyni zamanda, liberal bazarakeçid və bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyas ısahəsində beynəlxalq təcrübənin, o cümlədən 2019-cu ildən etibarən Türkiyə təcrübəsinin öyrənilməsi üzrə atılan addımlardan bəhs edilib.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez isə çıxışında iki ölkəninbirliyi və qardaşlığının regionda və dünyada sülhə və sabitliyə, birgə enerji layihələrinin, ocümlədən TANAP-ın isə Türkiyə və Avropann enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb. Onun sözlərinə görə, TAP-ın sayəsində TANAP-ın və Azərbaycan qazının strateji əhəmiyyəti daha da artacaq. Liberal elektrik enerjisi bazarının isə Türkiyədə uzunillərdir uğurla tətbiq edildiyini, yüksək keyfiyyətli, rəqabətə davamlı sistemin yaradıldığını,bərpa olunan enerji sahəsinin əhəmiyyətli dərəcədə inkişaf etdiyini deyən Fatih Dönməz bu istiqamətdə ölkəsinin mütərəqqi təcrübəsini də Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.
Energetika Nazirliyi, nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azərenerji” ASC, “Azərişıq”ASC, qarşı tərəfdən isə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi, Enerji Bazarı Tənzimləmə Qurumu (EPDK), Enerji Bazarları Əməliyyat Şirkəti (EPİAŞ) və ElektrikEnerjisi Ötürmə Şirkətinin (TEİAŞ) nümayəndələrinin iştirakı ilə iki gün davam edənseminarda Türkiyədə liberal elektrik enerjisi bazarına keçidin mərhələləri, keçid prosesindəyaranan problemlər, onların aradan qaldırılması yolları, qiymətlərin formalaşması,subyektlər arasında hesablaşma, balanslaşdırma və köməkçi xidmətlər bazarlarının təşkili,idarə edilməsi, ehtiyat güclərin saxlanılması mexanizmi, həmçinin bərpa olunan enerjimənbələrinin şəbəkəyə inteqrasiyası məsələlərinin həlli, bu enerji mənbələrindənistifadənin genişləndirilməsinin bazara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə elektroenergetikasektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid və bu sahədə yenimünasibətləri tənzimləyən qanunvericilik bazasının yaradılması ilə bağlı təkliflərinhazırlanması “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” AzərbaycanRespublikası Prezidentinin 29 may 2019-cu il tarixli 1209 nömrəli Sərəncamı ilə EnergetikaNazirliyinə həvalə edilib.