Azərbaycan Ordusunun “EFES – 2024” təliminə cəlb edilən heyəti Türkiyəyə yola düşüb – VİDEO

May7,2024

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES – 2024” çoxmillətli təlimi davam edir.

QİA.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.Məlumata görə, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.“EFES – 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.

Oxşar Xəbərlər