Azərbaycan Özbəkistanla biznes əlaqələrinin yeni formatını müzakirə edib

Azərbaycan və Özbəkistan arasında ikitərəfli biznes əlaqələrinin yeni formatı müzakirə edilib.

QİA.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.”Üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan” panel sessiyasında ölkələrimiz arasında strateji tərəfdaşlığın perspektivləri, ikitərəfli biznes əlaqələrinin yeni formatı və investisiyaların təşviqinin qarşılıqlı dəstəklənməsi təşəbbüsləri barədə danışdıq”, – M. Cabbarov qeyd edib.

Oxşar Xəbərlər