Azərbaycan səfiri Kvemo Kartlinin qubernatoru ilə görüşüb

Yan28,2021

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili ilə görüşüb.“QİA.AZ” xəbər verir ki, bu barədə bölgə qubernatorluğundan bildirilib.Kvemo Kartli bölgəsinə daxil olan rayonların rəhbər şəxslərinin də qatıldığı görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub. Söhbət zamanı regionda mədəniyyət, təhsil, sosial, iqtisadi və digər sahələrdə həyata keçirilən layihələr nəzərdən keçirilib.Xüsusi diqqət Azərbaycan və Gürcüstan arasında yüksək səviyyədə mövcud olan strateji və dost münasibətlərinin daha da dərinləşdirilməsi məsələsinə yönəldilib.Ş.Rexviaşvili F.Quliyev və Azərbaycan səfirliyinin nümayəndələrinə Kvemo Kartli bölgəsinin inkişaf mərhələləri, mövcud potensial və etnik azlıqların inteqrasiya prosesi barədə ətraflı məlumat təqdim edib.

Oxşar Xəbərlər