Səfir: “Gürcüstan-Türkiyə-Azərbaycan əməkdaşlığı yüksək səviyyəyə çatıb”

Yan28,2021

“Gürcüstan Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığa böyük önəm verir və bunu yüksək qiymətləndirir”.”QİA.AZ” xəbər verir ki, bunu Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasına həsr olunan onlayn vebinarda deyib.Onun sözlərinə görə, Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı son illərdə yüksək səviyyələrə çatıb və mühüm əhəmiyyət kəsb edən nəqliyyat və enerji dəhlizlərinin inkişaf etdirilməsi ilə nəticələnib.Diplomat qeyd edib ki, Cənub Qaz Dəhlizi bölgədə tərəqqi və sabitliyə, həmçinin Avropa və Avroatlantik məkanın enerji təhlükəsizliyinə töhfə verir.

Oxşar Xəbərlər