Bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşü çərçivəsində iki ölkə arasında birgə lizinq şirkətinin yaradılması ilə bağlı sənəd imzalanacaq.
“QİA.AZ” xəbər verir ki, müştərək şirkəti Azərbaycanın “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi və Rusiyanın “KamAZ” şirkəti yaradır.