Azərbaycanda artezian və subartezian quyuları ilə bağlı qaydalar hazırlanır – RƏSMİ

Fev9,2021

“Yerin təki haqqında” qanunvericiliyə dəyişiklik nəzərdə tutulur, eləcə də artezian və subartezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı ilə bağlı qaydalar hazırlanır”.

“QİA.AZ” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, quyuların qazılması dövlət sənədi kimi vahid sənəd olacaq: “Qanunvericiliyin tələblərinə mütləq əməl edilməlidir. Bu, təbii sərvətdir və yeraltı sular da qorunmalıdır. Əgər ərazidə yerüstü su ehtiyatları kifayət qədər varsa, yeraltı suların qazılmasına icazə verilmir. Lakin kiçik dərinlikdə yuxarı səviyyədə qrunt sularının həyatyanı sahələrdə çıxarılmasına icazə verilir”.

Oxşar Xəbərlər