Nazirlik: Xaçınçay su anbarında monitorinqlər aparılır

Fev9,2021

“Hövzə şuralarının yaradılması qarşıda duran əsas məqsədlərdən biridir. Bu baxımdan qurumların rəyi öyrənilir. Bu yaxınlarda bir çox qurumlardan təkliflər alınacaq və ictimaiyyətin diqqətinə çatdırılacaq”.

“QİA.AZ” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Eskpert saatı”nda deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə olan Xaçınçay su anbarında monitorinqlər davam edir və qiymətləndirmələr aparılır: “Təkliflər hazırlanır və yaxın günlərdə bununla bağlı daha ətraflı məlumat veriləcək. İşğaldan azad edilən ərazilərdə olan digər çaylarla bağlı da fəaliyyətimiz davam etdirilir”.

Oxşar Xəbərlər