“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbir DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrası tərəfindən təşkil olunub.

QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.

Konfransda DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri, Milli Məclisin deputatı professor Hikmət Məmmədov, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı professor Elman Nəsirov, Dövlət idarəetməsi və menecment kafedrasının müdiri professor Xatirə Hüseynova, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Aviasiya Akademiyasının baş hüquqşünası, İqtisadiyyat və hüquq fakültəsinin dekanı professor Ayxan Rüstəmzadə, Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi dosent Elmira İsmayılova, doktorant Könül Qasımova, magistr Nuray Məmmədzadə və digər alim və mütəxəssislərin məruzələri dinlənilib.

Məruzəçilər Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışıb, ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayıblar. Eyni zamanda, müasir şəraitdə idarəetmənin önəmli məsələ olduğu bildirilib, Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti xüsusi qeyd edilib.

Oxşar Xəbərlər