Azərbaycanda yoluxma sayı yenidən ARTDI

Covid 19

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 515 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “QİA.az”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 237 775 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4 402 nəfərdir.

Ölkədə son sutka ərzində 8462, hazırkı dövrədək isə 2671613 test aparılıb.

QİA.az

Oxşar Xəbərlər