Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub.
“QİA.AZ” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur.
Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyon manat (dəyişməyib), xüsusi ehtiyatlara ayırmaları isə 1,1 milyon manat (dəyişməyib) təşkil edib.
Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 14,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,3% azdır. Bunun 13 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 7,8% kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 5% azalaraq 5,7 milyon manata, balans kapitalı isə 7,1% azalaraq 9,1 milyon manata düşüb.