Azərbaycanın alüminium ixracından gəliri 25% azalıb

Bu ilin sentyabr ayında Azərbaycan 3,8 milyon ABŞ dolları dəyərində emal olunmamış və aşqarlanmamış alüminium ixrac edib.

“QİA.AZ”ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 4,3 milyon dollar və yaxud 2,1 dəfəazdır.

2020-ci ilin yanvar-sentyabr aylarında isə Azərbaycandan xarici ölkələrə 36,1 milyon dollar dəyərində emal olunmamış və aşqarlanmamaş alüminium ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 milyon dollar və yaxud 24,8% azdır.

Oxşar Xəbərlər