Sentyabrda Azərbaycan elektrik enerjisi ixracını 2 dəfədən çox artırıb

Noy3,2020

Bu ilin sentyabr ayında Azərbaycan 9,3 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

“QİA.AZ”ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 4,8 milyon ABŞ dolları və yaxud 2,07 dəfəçoxdur.

2020-ci ilin yanvar-sentyabr aylarında isə Azərbaycandan xarici ölkələrə 51,9 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon ABŞ dolları və yaxud 17,5% azdır.

Oxşar Xəbərlər