Azərbaycanın tamblinq üzrə gənclərdən ibarət komandası Rusiyanın Soçi şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
QİA.AZ-ın məlumatına görə, tərkibi Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət heyət fəxri kürsünün üçüncü pilləsinə qalxıb.