Azərbaycanın sabiq Baş naziri ADU-dakı vəzifəsindən azad olunub

May7,2024

Sabiq Baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad olunub.

QİA.az xəbər verir ki, o, ötən ay işdən azad olunmaq üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciət edib.ADU-nun mətbuat katibi Cavid Zeynallı təsdiqləyib. O bildirib ki, hələ sözügedən vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, N.Məmmədov 2018-2019-cu illlərdə Azərbaycanın Baş naziri olub. O, 2017-2018-ci illərdə Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi vəzifəsini icra edib. 2012-2017-ci illərdə Azərbaycan Prezidentinin Administrasiyasının rəhbər müavini, 1997-2017-ci illərdə Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və 2017-2018-ci illərdə Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb.

Oxşar Xəbərlər