Məryəm Məcidova: “Gənclərin KOB-larda iştirakının aşağı səviyyədə olması aktual məsələlərdən biridir”

May7,2024

Azərbaycanda gənclərin kiçik və orta biznesdə (KOB) iştirakı aşağı səviyyədədir.

QİA.az xəbər verir ki, bunu “Gender Hub Azerbaijan”ın təsisçisi Məryəm Məcidova Bakıda keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinə dair dördüncü dialoq çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu məsələ ən aktual məsələlərdən biridir və bütün səviyyələrdə müzakirə tələb edir.

M.Məcidova erkən nikah problemini, təhsil almaq istəyən bəzi qızların üzləşdiyi məhdudiyyətləri də qeyd edib.

Oxşar Xəbərlər