Azərbaycanın Türkiyədən avtomobil idxalı azalıb

2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalaraq 27,534 milyon dollar təşkil edib.

Bu barədə QİA.AZ-a Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Aprel ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 2020-ci ilin apreli ilə müqayisədə 2,5 faiz azalaraq 7,618 milyon dollar təşkil edib.

Hesabat dövründə Türkiyədən dünya bazarlarına avtomobil ixracı 10,153 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 34,1 faiz artıb.Son 12 ayda (aprel 2020 – aprel 2021) Türkiyə 28,125 milyard dollar məbləğində avtomobil ixrac edib.

Oxşar Xəbərlər