Koreya Respublikasının Pyonqtek Beynəlxalq Mübadilə Fondunun və Pyonqtek şəhər meriyasının birgə təşkilatçılığı ilə ənənəvi Beynəlxalq Uşaq İncəsənət Mübadiləsi Sərgisi keçirilir.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin məqsədi 5-13 yaşlı uşaqların ətraf mühit və iqlim dəyişikliyi üzrə yaradıcılıqlarının ifadə edilməsi üçün platforma yaratmaq, eləcə də Pyonqtek şəhəri ilə iştirakçı ölkələr arasında mədəni mübadilənin təşviq etməkdir.
İyul ayınadək davam edəcək sərgidə Azərbaycandan 10 yeniyetmə rəssamın ətraf mühit, ekologiya və iqlim dəyişikliyi mövzusuna həsr olunan əsərləri nümayiş olunur.