Azad olunmuş ərazilərdə internetlə bağlı fəaliyyət planı hazırlanıb – Nazir müavini

Yan 20, 2022

Azad olunmuş ərazilərdə internet məsələsi ilə bağlı artıq konkret fəaliyyət planı hazırlanıb.

Bunu jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

O bildirib ki, həmin fəaliyyət planı çərçivəsində bu ildən başlayaraq müəyyən uzlaşmalara baxılacaq.

“İşğaldan azad olunmuş ərazilərin bərpa planına uyğun olaraq rabitə infrastrukturu da bərpa olunacaq. “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyasının özünün infrastruktur tələbləri var. Bu yalnız internetin sürətindən ibarət deyil, dayanıqlı olması da digər şərtlərdən biridir. Bu baxımdan bütün məsələlər kompleks şəkildə həmin ərazilərdə rabitənin bərpası ilə əlaqədar layihədə öz əksini tapıb”, – deyə R.Rüstəmov bildirib.

Oxşar Xəbərlər