“Kəlbəcər və ya Laçın rayonu ərazisində hava limanının tikintisi məqsədilə yerin müəyyən olunması ilə bağlı araşdırmalar aparılır”.
“QİA.AZ” bildirib ki, “Report”un Füzuliyə ezam olunmuş əməkdaşı İsmayıl Nəsibli xəbər verir ki, bunu “AZAL”ın vitse-prezidenti Etibar Hüseynov deyib.
O bildirib ki, araşdırmalardan sonra təyin olunacaq yer cari ilin aprel ayının sonuna qədər müəyyən olunacaq.