İyunun 25-dən etibarən Azərbaycanın Milli Aviadaşıyıcısı (AZAL) Bakıdan Türkiyənin kurort şəhərləri – Bodrum və Dalamana xüsusi uçuşlar həyata keçirməyə başlayır.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən “QİA.az”a verilən məlumata görə, Bakı-Bodrum-Bakı istiqamətində uçuşlar hər gün həyata keçiriləcəkdir. Heydər Əliyev Beynəlxalq Aeroprtundan Dalaman şəhərinə uçuşlar həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcəkdir.
Qeyd edək ki, aviadaşıyıcı digər kurort şəhəri – Antalyaya da uçuşlar həyata keçirir.
Türkiyənin bütün istiqamətləri üzrə aviabiletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında, habelə aviaşirkətinin akkreditə olunmuş agentliklərində həyata keçirilir.
Qeyd edək ki, daşınmaya mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazəsi olan sərnişin kateqoriyası qəbul ediləcəkdir.
Bakı-Bodrum və Bakı-Dalaman istiqaməti üzrə reyslərin sərnişinləri:
- Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyə ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-turkey
- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.azal.az/az/information/covid-clinics
Bodrum-Bakı və Dalaman-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri:
- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan
- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq. Türkiyədən uçduğunuz zaman, Memorial Sağlık Grubu” klinikaları və ya ölkənin Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan birində testdən keçə bilərsiniz: https://hsgm.saglik.gov.tr/tr/haberler/yetkilendirilmis-covi-d-19-tani-laboratuvarlari.html
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.
Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.