“AzerGold” ötən il ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib

“AzerGold” QSC-də ötən ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirə keçirilib.

“QİA.AZ” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, müşavirədə çıxış edən səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin fəaliyyət planının uğurla yerinə yetirildiyini, koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq ötən il qarşıya qoyulan vəzifələrin tam icra edildiyini bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə həm istehsalat, həm də hasilat göstəriciləri plandan daha artıq olmaqla, 2019-cu ilin nəticələrini üstələyib. Beləliklə, “AzerGold”un hasil etdiyi qızıl və gümüşün dünya bazarına ixracı nəticəsində il ərzində ölkə iqtisadiyyatına ümumilkdə 186,5 milyon manat vəsait daxil olub.

Müşavirədə “AzerGold”un ötən il də regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirdiyi vurğulanıb. Bildirilib ki, yeni yataqların işlənməsi, eləcə də əldə olunan müsbət iqtisadi artım göstəricilərinin daha yüksək dinamika ilə davamlılığının təmin edilməsi məqsədilə Cəmiyyətin ilk dəfə tədavülə buraxdığı 20 milyon ABŞ dolları məbləğində istiqraz emissiyası uğurla həyata keçirilib.

Oxşar Xəbərlər