AzərbaycanƏrazi

Bərdə rayonu

Movavi

Bərdə rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.

Rayonda 73 müəssisə, 32 məktəbəqədər uşaq müəssisəsi, 76 məktəb, 16 tibb müəssisəsi, 205 mədəniyyət ocağı yerləşir.

Sərhəd rayonları

Yevlax rayonu, Tərtər rayonu, Ağdam rayonu, Ağcabədi rayonu Bərdənin xəritəsiBərdənin xəritəsi

Tarixi

Bərdə rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir.

Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir.

Ərəb tarixçisi Belazüri (IX əsr) Bərdənin Sasani hökmdarı I Qubadın (483–531) İran tarixçisi Həmdullah Qəzvini (XIV əsr) Makedoniyalı İsgəndərin (e.ə. 336–323) dövründə salındığını bildirmişdir. Movses Kalankatlının məlumatına görə, Bərdə Alban hökmdarı II Vaçe dövründə Firuzin (459–484) göstərişi ilə salınmışdır. Bu dövrdə Bərdənin adı “Firuzabad” olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanında Bərdədən bəhs olunur.

Sasanilər dövründə Bərdə canişinliyinin mərkəzi olmuşdur. I Qubadın dövründə Bərdənin ətrafına divar çəkilmişdir. X əsrdə Albaniyanın paytaxtı olmuş, 552-ci ildə Alban kilsəsinin də mərkəzi Bərdəyə köçürülmüşdür. Bərdə 628-ci ildə Xəzərlər, 639-cu ildə İran feodalları tərəfindən işğal olunmuşdur. Alban hökmdarı Cavanşir işğalçıları Bərdədən qova bilmişdir. Xəlifə Osmanın dövründə (644–656) ərəb qoşunları Bərdəni tutmuşdur. VI-VII əsrlərdə Bərdədə 100 min nəfər əhali yaşamışdır. XIII əsrdə Bərdədə pul kəsilmişdir. Bərdə 752-ci ildə Arran vilayətinin mərkəzi olmuşdur. VIII-IX əsrlərdə Bərdə mühüm ticarət, mədəniyyət mərkəzinə çevrilmişdir. Məşhur “Əl-Kürkiy” bazarı Bərdə darvazasının yaxınlığında yerləşirdi. IX əsrin 90-cı illərinə qədər Bərdə Sasanilər dövlətinin tərkibində olmuşdur. Bərdə həm də Xürrəmilər hərəkatının əsas güc mənbələrindən biri idi.

Şəhər bəzi mənbələrdə “Aranın baş şəhəri”, “Aranın anası” adlanıb.

Yaxın və Orta Şərqdə sənətkarlıq və ticarət mərkəzi kimi tanınmış Bərdəyə 944-cü ildə ruslar yürüş etmişlər. Rusların irəli sürdüyü şərtlərə uyğun olaraq bir gün ərzində şəhəri tərk etməyən bərdəlilərə divan tutulmuşdur. Ruslar 20 min bərdəlini qılıncdan keçirmişlər. Ərazidə taun yayılmış, buna görə də rus qoşunu şəhəri tərk etməli olmuşdur. Rusların talanlarından sonra uzun müddət Bərdə özünə gələ bilməmişdir. Şəddadilər sülaləsindən olan Fəzlin (985–1030) Bərdəni 993-cü ildə öz dövlətinə daxil etmişdir. Bərdə XI əsrdə səlcuqların, XII əsrdə Eldəgizlərin hakimiyyətinə tabe idi. Monqolların hücumu zamanı Bərdə yenidən dağılmış, Elxanilər dövründə bərpa olunmuşdur. Əmir Teymurun yürüşündə Bərdə yenidən viran qalmışdır. Xanlıqlar dövründə Bərdə Qarabağ xanlığının tərkibində olmuşdur. Qarabağ xanlığının Rusiya İmperiyası tərəfindən 1804-cü ildə işğalından sonra ruslar bütün Qarabağa olduğu kimi Bərdəyə də ermənilərin köçürülməsinə başladılar. Təkcə 1828-ci ildə Bərdə ərazisinə 1000-dən çox erməni ailəsi köçürülmüşdür. Rusiya işğalı dövründə Bərdə Yelizavetpol Quberniyasının tərkibində olmuş, 1918-ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra isə Azərbaycanın tərkibində olmuşdur.

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

1 yanvar 2011-ci il tarixinə rayon əhalisi 143.9 min nəfərdir.

Etnik qruplar2009 s.a.
Cəmi141 646
azərbaycanlı141 485
türk97
rus48
ukraynalı5
tatar5
digər6

Əhalisi haqqında daha geniş məlumat

Əhalinin ümumi sayı136000
Şəhər əhalisinin sayı, [%]27.5000
Kənd əhalisinin sayı, [%]72.5000
Əhalinin orta sıxlığı142.110763
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%]49.2000
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%]50.8000
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%]10.3676
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%]40.5941
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55–60-a), [%]48.5294
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%]16.9691
Ali təhsilli əhalinin sayı, [%]5.3000
Orta təhsilli əhalinin sayı, [%]36.3088
Məskunlaşmış qaçqınların sayı1001
Məskunlaşmış məcburi köçkünlərin sayı47984

Ərazisi

1930-cu ildə təşkil edilmişdir. Qarabağ düzündədir. Sahəsi 957 km², əhalisi 138,1 min nəfərdir. (01.01.2006). Mərkəzi Bərdə şəhəridir. Səthi az meylli və dalğalı düzənlikdən ibarətdir. Antropogen sisteminin çöküntüləri ilə örtülüdür. Gil, çınqıl və qum yataqları var.

Ərazisi haqqında daha geniş statistik məlumat

Ümumi ərazi, [km²]957.00
Məhsuldar torpaqların ümumi sahəsi, [km²]724.62
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [km²]47.26
Heyvandarlıq üçün otlaqların sahəsi, [km²]240.61
Əkilmiş torpaqların ümumi sahəsi, [km²]517.62
Meyvə bağlarının ümumi sahəsi, [km²]9.32
Şoran torpaqların ümumi sahəsi, [km²]31.64

Tarixi və memarlıq abidələri

Bərdə VII–IX əsrlər (maket)Bərdə Cümə məscidi

Arxeoloji abidələri

Bərdə rayonu ərazisində tapılmış müxtəlif dövrlərə aid gümüş və mis sikkələrdən ibarət Bərdə dəfinələri. Buradan Makedoniyalı İskəndərin, Selevk, Parfiya, Sasani hökmdarlarının, Roma imperatorlarının dirhəmləri. Şatırlı kəndinin yaxınlığında Tunc Dövründən Orta Əsrlərədək mövcud olmuş Şortəpə qədim yaşayış yeri. Ətrafı 3 – 4 m hündürlükdə torpaq sədd ilə əhatələnmişdir. Ərazidən müxtəlif əşyalar, o cümlədən Roma İmperatorları Antoni (m.ə. 83–30), Avqustun (m.ə. 27–14) gümüş dinarları tapılmışdır.

Tarixi-mədəni abidələri

Bərdə şəhərində Bərdə türbəsi memarlıq abidəsi-bürcvari türbə. 1322-ci ildə memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani tərəfindən tikilmişdir. Hündürlüyü 12.5 m olan silindrik gövdə, konusvari gümbəzdən ibarətdir. Abidənin bütün səthi, üzərinə firuzəyi kaşı çəkilmiş kərpiclə naxışlanmışdır. Hörgünün kərpic naxışlarında “Allah” sözü mütənasib təkrarlanır. Onun elxanilər sülaləsinin bir nümayəndəsi üçün tikildiyi ehtimal edilir.

Relyefi

Kür-Araz ovalığının şimal-qərb hissəsində, Qarabağ düzünün mərkəzi ərazilərində yerləşir. Səthi azmeyilli və dalğalı düzənliklərdən ibarətdir.

Geoloji quruluşu

Antropogen sisteminin çöküntüləri ilə örtülüdür.

Çayları və su hövzələri

Rayon ərazisindən Tərtər və Xaçın, şimal sərhədi boyu isə Kür çayları keçir. Tərtərçay öz mənbəyini Kiçik Qafqazda 3120 m yüksəklikdən götürür.

Tərtərçayın 31 qolu var. Xaçınçay Kiçik Qafqazın Hacı-Yurd (2397 m), Uyuxlu (2316 m), Çiçəkli (2343 m), Alla-Qaya (2585 m) dağlarının bulaqlarından formalaşır. Çayın əsas 12 qolu vardır.

Landşaftları və bioloji müxtəlifliyi

İqlimi mülayim isti və quru subtropikdir.Əsasən, boz və boz-çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, quru bozqır və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək tuqay meşələri vardır. Bərdə Dövlət Təbiət Yasaqlığının bir hissəsi burada yerləşir. Qarabağ düzü regionunun əsas xüsusiyyətlərindən biri burada yarımsəhra bitki örtüyü zonasında düzən palıd və palıd-qarağac meşələrinin yayılmasıdır. Vaxtilə Qarabağ düzündə düzən meşələri geniş ərazilərdə yayılmışdır. Bərdə şəhərinin ətrafındakı Lək kəndi yanındakı kiçik sahədə düzən meşəsi qalmışdır. Burada ağaclıq yaradan ağac növü uzunsaplaq palıd sayılır. Ona adətən adi qarağac və qarışır. Relyefin çökək yerlərində tut və yulğun bitir. Meşə altında yemişan, əzgil, ishal murdarçası, qaramurdarşa, nar bəzən qaratikan bitir.

Burada həmçinin çala və bataqlıq bitki qruplaşmaları geniş yayılmışdır. Çökəkliklərin daha çox rütubətli yerlərində südləvən böyürtkən və başqa bitkilər yayılmışdır.

Çala bitki qruplaşmalarında biyan, dəvətikanı (Alhagi pseudoal- hagi), şovis yovşanı və b. üstünlük təşkil edir.Rütubətli çökək yerlərdə kiçik sahələrdə süsən üstünlük təşkil edən çəmənliklər geniş yayılmışdır.

Bərdə meşə təsərrüfatının Kür qırağı tuqay meşə ərazisində ağyarpaq qovaq, söyüd, uzunsaplaq palıd, qarağac, tut ağaclıqları, yulğun kolluqları vardır. Meşə altı kollardan yulğun, iydə, nar, qaramurdarça, yemişan, qaratikan və b. göstərmək olar.

Tərtərçayın Kürə qarışdığı yerin vaxmlıaında bacea) kiçik sahədə saqqızağac meşəsi qalmışdır. Burada saqqız ağaclığına uzunsaplaq palıd qarışır. Meşəaltı kollar sıx olub, əsasən qaratikandan (Paliurus spina- ehristi) ibarətdir. Ona tək-tək göyəm (Primus spinosa) qarışır. Ot örtüyü sıx olub tərkibində qırtıc (Poa sp.), topal (Festuca sp.), yovşan (Ap tends ia sp.) üstünlük edir. Tək-tək zəncirotu ətirşah, tikanlı kəvərə rast gəlinir.

Heyvanları

Heyvanları canavar, çaqqal, adi tülkü, qaban, boz dovşan, meşə pişiyi, qamışlıq pişiyi, porsuq, meşə dələsi, süleysin və s., quşlardan turac, qırqovul, harayçı ququşu, fitçi cürə, qırmızı ördək, meşə cüllütü, ala-baxta, kiçik və böyük qarabattaq və s.

Əsas təsərrüfat fəaliyyəti

Rayonda təsərrüfatın əsasını əkinçilik və maldarlıq təşkil edir. Əsas təsərrüfat sahəsi taxılçılıq və pambıqçılıqdır. Bostan və tərəvəz məhsulları istehsalı son illər xeyli artmışdır. Bərdə rayonu yerli əhalisini, burada məskunlaşmış qaçqınlar və məcburi köçkünləri çörəklə təmin edə bilir. Bərdə bazarından ölkənin iri şəhərlərinə müntəzəm olaraq heyvandarlıq məhsulları daşınır.

Bərdədə aqrar islahatlar uğurla başa çatdırılmışdır. 43362 hektar torpaq sahəsi 24324 ailənin xüsusi mülkiyyətinə verilmişdir. Kənd təsərrüfatı bütünlükdə özəl sektorun əlindədir. Torpağın sahibinə verilməsi özünün müsbət nəticəsini dərhal göstərmişdir. Rayonda 300-dən çox kəndli-fermer təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatlar ildən-ilə daha da mükəmməlləşir və istehsal göstəricilərini artırırlar.

Bərdənin kənd təsərrüfatı işçiləri elmi-texniki yenilikləri uğurla mənimsəyir və istehsalatda tətbiq edirlər. Burada adi əkinçinin, sıravi maldarın da məşğulluq biliyi, demək olar, mütəxəssis səviyyəsindədir. Təsadüfi deyildir ki, Bərdə maldarlarının ətçilik istiqamətində apardıqları iş respublika səviyyəsində öyrənilib yayılmışdır.

Görkəmli şəxsləri:

– Əbdülxalıq Arrani – fəqih, hüquqçu

– Əhməd Bərdici – görkəmli fəqih, hədis alimi

– Sədallah əl-Bərdəi (XIV əsrin sonu—XV əsrin əvvəlləri) – tanınmış dilçi alim və şair

– Əhməd Bərdəi XV əsr —Azərbaycan alimi

– Mövlana Muhyəddin Muhəmməd ibn Muhəmməd ibn Muhəmməd əl-Hənəfi Bərdəi —Azərbaycan alimi

– Məhəmməd Bərdəi – X əsr alimi

– Şəmsəddin Bərdəi – fəqih, hüquqçu

– Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi – hüquqşünas və ilahiyyatçı alim (X əsr)

– Qazi Məhiəddin Bərdəi – XV əsr görkəmli dövlət xadimi

– Əbubəkr Məhəmməd İbn Abdullah Bərdəi – X əsr fəqih və hüquqşünası

– Məkki ibn Əhməd ibn Sadəvəy əl-Bərdəyi – IX-X əsr alimi

– Gülşəni Bərdəi – XVI əsr Azərbaycan şairi

– Musa Kalankaytuklu – Alban tarixçisi

– Yusif Məhəmmədcan oğlu Qarabaği – XVI əsr Azərbaycan şairi və filosofu

– Davdağ (Dəvdək) – Alban şairi

– Orucov qardaşları – Azərbaycanda ilk mətbəənin sahibləri

– Vəzirov Aslan Fərhad oğlu (- Sovet İttifaqı Qəhrəmanı

– Səfiyar Behbudov — Azərbaycanın Milli Qəhrəmanı

– Elgiz Kərim oğlu Kərimov— Azərbaycanın Milli Qəhrəmanı

-İsfəndiyar Kərim oğlu Kərimov – Cərrah – alim

-Ədalət Kərim oglu Kərimov – Riyaziyyatçi alim,professor

– Baxşəli Həsən oğlu Baxşəliyev – Azərbaycan SSR-in Maliyyə naziri

– Hacıyev Saleh Hilal – Azərbaycan SSR-in Meliorasiya və Su Təsərrüfatı

– Hüseynov Afiq Tapdıq – Həkim-genetik

– Zahid Adıgözğəl oğlu Qocayev – rusiyalı alim və ictimai xadim

– Cəmil Nəsir oğlu Lənbəranski – məşhur Azərbaycan həkimi

– Əliş Cəmil oğlu Lənbəranski – Bakı Şəhər İcraiyyə Komitəsinin sədri

– Baxşəliyeva Gövhər Baxşəli qızı- akademik

– Rasim Məhəmməd oğlu Əliquliyev – akademik

– Məhərrəm Pirverdi oğlu Babayev – akademik

Kütləvi informasiya vasitələri

Rayonda “Bərdə” və “Xan Çinar” qəzetləri nəşr olunur. “Bərdə” qəzetinin ilk nömrəsi 1932-ci ildə “Qızıl Bərdə” adı ilə çıxmışdır. Sonralar “Bərdə pambıqçısı”, “Stalin yolu”, “Kommunizm yolu” və s. adlarla nəşr edilmişdir. Hal-hazırda “Bərdə” qəzeti rayon İcra Hakimiyyəti aparatının və jurnalist kollektivinin təsisçiliyi ilə çıxır. “Xan-Çinar” özəl qəzetdir və bir neçə ildir ki, nəşr olunur. Rayonda 1964-cü ildən yerli radio verilişləri redaksiyası fəaliyyət göstərir. Burada gündəlik aktual məlumatlar və yerli informasiyalar səsləndirilir.

40°22′00″ şm. e. 47°07′00″ ş. u.
Ölkə Azərbaycan
DaxildirOrta Kür
İnzibati mərkəzBərdə
İcra başçısıVidadi İsayev
Tarixi və coğrafiyası
Yaradılıb8 avqust 1930
Sahəsi957km²
Hündürlük61 m
Əhalisi
Əhalisi156 300  nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-BAR
Telefon kodu+994 20
Poçt indeksiAZ 0900
Avtomobil nömrəsi09

Hire Freelancers

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button