Bağdad bazarındakı terrorun təşkilatçısı zərərsizləşdirildi

Fev3,2021
Bağdad bazarındakı terrorun təşkilatçısı zərərsizləşdirildi

İraqda koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində bu ilin yanvar ayında Bağdadda yerləşən bazarda törədilən terror aktının təşkilatçısı məhv edilib.

“QİA.AZ”ın məlumatına görə, bu barədə özünün tvitter səhifəsində baş nazirin hərbi məsələlər üzrə nümayəndəsi Yəhya Rəsul yazıb.

Onun sözlərinə görə, əməliyyat Bağdadın qərbində yerləşən Əbu-Qreyb rayonunda keçirilib.

Nəticədə İraqın cənubundakı silahlıların hərəkətlərinə rəhbərlik edən terrorçu Cabbar Əli Fayyad və iki kamikadzeni partlayış baş verən əraziyə gətirən digər terrorçu məhv edilib.

Qeyd edək ki, bu ilin əvvəlində Bağdad bazarında törədilən terror aktı nəticəsində 32 dinc sakin ölüb, 100 nəfər yaralanıb.

Oxşar Xəbərlər