Bakıda avtomobil 34 yaşlı qadını vurub

İyn27,2021

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1987-ci il təvəllüdlü Bayramova Leyla Valeh qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər