Kürdəmirdə yol qəzası olub, xəsarət alan var

İyn27,2021

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə Muradxan kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı körpünün dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin, 53 yaşlı Novruzov Habil Vəzir oğlu müxtəlif xəsarətlər alıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Oxşar Xəbərlər