Bakıda sənaye istehsalı 5% azalıb

Noy3,2020

Bu ilin yanvar-sentyabr aylarında Bakıda sənaye sahəsi üzrə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% azalaraq 22,2 milyard manat təşkil edib.

Bu barədə “QİA.AZ” Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, paytaxtda sənaye məhsulunun 73,3%-i mədənçıxarma, 23,8%-i emal, 2,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 79,1% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,6%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,4% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 oktyabr 2020-ci ilə 239,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 87,1 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Oxşar Xəbərlər