Bakıda stadionda futbol oynayan 10 nəfərin mobil telefonu oğurlanıb

İyl8,2021

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə iyulun 3-də H.B.Zərdabi küçəsində yerləşən stadionda futbol oynayan 10 nəfərin mobil telefonlarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən QİA.AZa verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Abbasov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Oxşar Xəbərlər