Türkiyə BTQ dəmir yolu xətti ilə Azərbaycana turist axınını təşviq edəcək

İyl8,2021

Türkiyənin Ankara və Qars şəhərləri arasında hərəkət edən “Doğu Ekspresi” qatarının sərnişinləri Bakı-Tbilisi-Qars (BQT) dəmir yolu xətti ilə Azərbaycana səfər etməyə təşviq olunacaq.

QİA.AZ xəbər verir ki, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub.

Sənədə əsasən, bu məqsədlə iki ölkənin dəmir yolu qurumlarının, gömrük və sərhəd orqanlarının əməkdaşlıq etməsi, bilet satışının birgə təşkin olunması, turizm şirkətlərinə viza məsələlərində dəstək verilməsi nəzərdə tutulur.

Fəaliyyətin icrasını Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC və Dövlət Turizm Agentliyi, Türkiyə tərəfdən isə Nəqliyyat və İnfrastruktur Nazirliyi, “Dövlət Dəmir Yolları” şirkəti və “Daşımacılıq” şirkəti həyata keçirəcək.

Oxşar Xəbərlər