Bakının Binəqədi rayonunda qaz təchizatında fasilə yaranacaq.
QİA.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Qeyd olunub ki, “Digah” QPS-də “Balaxanı Sənaye” kollektorundan qidalanan “Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar 04.03.2024-ci il tarixdə saat 10:30-dan etibarən “Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.