Bakının giriş-çıxışında, küçə və prospektlərində karantin postları qurulub

Bakının giriş-çıxışında, küçə və prospektlərində karantin postları qurulub

Paytaxt ərazisinə giriş-çıxışlarda, inzibati əraziyə düşən küçə və prospektlərdə stasionar və mobil postlar fəaliyyət göstərir.

QİA.AZ Reporta istinadən xəbər verir ki:

Bildirilib ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən naryad qrupları yaradılıb:

“Əsas məqsəd respublikada yayılmış koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və yeni yoluxma hallarının sayının minimuma endirilməsidir. Bu baxımdan da vətəndaşlarımızdan bir daha xahiş edirik ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın müvafiq göstərişlərinin tələblərinə riayət etsinlər. Qaydalara əməl etməyənlər barəsində hüquqi qaydada inzibati məsuliyyət tədbiri həyata keçiriləcəkdir”.

Oxşar Xəbərlər