İspaniyanın “Barselona” klubu ulduz futbolçusu Lionel Messi ilə yeni müqavilənin şərtləri ilə bağlı hələ razılığa gəlməyib.
“QİA.az” AS nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçunun iyunun 24-də yeni sözləşmə imzalayacağı gözlənilsə də, bu, baş verməyib.
Tərəflər arasında razılığın hələ ki, əldə olunmadığı bildirilib. Bundan əlavə, argentinalı oyunçu maaşının azaldılmasına razı olsa da, bəzi detallarda klubla anlaşa bilmir.
Qeyd edək ki, Lionel Messinin müqaviləsi iyunun 30-da başa çatır. “Barselona”nın yetirməsi olan forvard 2005-ci ildən əsas komandada çıxış edir. O, son mövsümdə 47 oyunda 38 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.