“Barselona” Messi ilə yeni müqaviləni bu tarixdə açıqlayacaq

İyn23,2021

İspaniyanın “Barselona” klubu futboçusu Lionel Messi ilə müqavilənin uzadılmasına hazırlaşır.

“QİA.az” “El Chiringuito TV”yə istinadən xəbər verir ki, artıq tərəflərin son detallar barədə razılığa gəlməsi qalıb.

Yeni sözləşmə 2023-cü ilin iyununadək qüvvədə olacaq. Kataloniya təmsilçisi ulduz futbolçu ilə müqavilənin uzadıldığını iyunun 24-də açıqlamaq niyyətindədir.

Qeyd edək ki, Lionel Messinin klubla müqaviləsi iyunun 30-da başa çatır. “Barselona”nın yetirməsi olan forvard 2005-ci ildən əsas komandada çıxış edir. O, son mövsümdə 47 oyunda 38 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb

Oxşar Xəbərlər