AVRO-2020: Almaniya millisinin iki futbolçusu Macarıstana qarşı oynamayacaq

İyn23,2021

Futbol üzrə Almaniya millisi Macarıstana qarşı keçirəcəyi Avropa çempionatının F qrupunun III tur oyununa itkilərlə çıxacaq.

“QİA.az”ın məlumatına görə, Bundestimin heyətində Tomas Müller və Lukas Klosterman zədə səbəbindən oynamayacaq.

Hər iki oyunçu komandanın son məşqində iştirak etməyib.

Qeyd edək ki, bu gün “Münhen Futbol Arenası”nda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar Xəbərlər