Baş Prokurorluqdan “Azure” biznes mərkəzindəki intiharla bağlı açıqlama

Baş Prokurorluq “Azure” biznes mərkəzində baş verən intihar hadisəsi ilə bağlı açıqlama yayıb.

“QİA.az” xəbər verir ki, Baş Prokurorluqdan  bildirilib ki, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.

Faktla bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır: “Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək”.

Oxşar Xəbərlər