Bu gün batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Sumqayıt”, “Hövsan”, “Qızılqum” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.