Bayden eyni vaxtda Trampın yeddi fərmanını ləğv edib

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın yeddi fərmanını eyni vaxtda ləğv edib.

“QİA.az” xəbər verir ki, dövlət başçısının müvafiq qətnamələri Ağ Evin saytında yerləşdirilib.

Xüsusi halda, Trampın tibbi sığortasız immiqrantların ölkəyə girişinin dayandırılması haqqında fərmanı ləğv olunub.

“ABŞ-ın səhiyyə sistemini maddi cəhətdən yükləyəcək, amerikalılar üçün tibbi güzəştlərin mövcudluğunu qorumaq üçün tətbiq olunan immiqrantların girişinin dayandırılması ABŞ-ın mənafeyinə uyğun gəlmir”, – deyə sənəddə bildirilir.

Bundan başqa, Amerika lideri sabiq prezidentin onlayn-senzuranın qarşısının alınması, abidələrin müdafiəsi, tikinti və Amerika qəhrəmanları abidələrinin bərpası, ölkənin qəhrəmanlarının monumentlər parkının yaradılması haqqında fərmanlarını da ləğv edib.

Rəsmi tənzimləmə pozuntularına görə vəzifəli şəxsləri prokurorluqdan qoruyan, “Amerikalıları həddindən artıq cinayətə qarşı mühafizə edən” fərman və ABŞ-ın xaricdəki yardımlarının markasının dəyişdirilməsinə dair fərmanın da qüvvədə olması sona çatıb.

Oxşar Xəbərlər