Bayden: Koronavirusun mənşəyi haqqında öz nəzəriyyələrim var

ABŞ prezidenti Cozef Bayden bildirib ki, koronavirus pandemiyasının mənşəyi haqqında onun öz nəzəriyyələri var.

Bu barədə QİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir.

Ağ Ev rəhbəri bununla belə, alimlərin son fikirlərini gözləyəcək.

“Mənim nəzəriyyələrim var, amma mən alim deyiləm. Elmi ictimaiyyət bu qərarı verənə qədər gözləyəcəyəm”, – Bayden jurnalistlərin ABŞ rəhbərinin COVID-19-un mənşəyi haqqında nəzəriyyələrinin olub-olmaması barədə suallarına cavabında bildirib.

Daha əvvəl ABŞ-ın CDC tibb tənzimləyicisinin keçmiş rəhbəri Robert Redfild bildirib ki, onun fikrincə koronavirus Çin laboratoriyasında ortaya çıxıb və 2019-cu ilin sentyabr və ya oktyabrında Uhanda yayılmağa başlayıb.

ABŞ hakimiyyəti daha əvvəl qeyd edib ki, Amerika tərəfi yeni koronavirusun Uhan laboratoriyasında yaranması haqqında versiyaları nəzərdən keçirir və onun mənşəyini müəyyənləşdirmək niyyətindədir.

Oxşar Xəbərlər