BDU-da Ümumdünya Bioloqlar Gününə həsr olunmuş elmi seminar keçirilib

Apr17,2024

Aprelin 17-də Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 16 aprel – Ümumdünya Bioloqlar Gününə həsr olunmuş “Mikroorqanizmlərin bioindikator kimi su hövzələrinin ekoloji qiymətləndirilməsində rolu” adlı elmi seminar keçirilib.

QİA.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidmətindən məlumat verilib.


Tədbiri giriş sözü ilə açan Biologiya fakültəsinin dekanı Afət Məmmədova Ümumdünya Bioloqlar Günü münasibətilə əməkdaş və tələbələri təbrik edib, ətraf mühitin qorunmasında bioloqların rolundan danışıb.


Sonra II kurs tələbələri Lalə Miriyeva və Tərlan Oruczadə “Mikroorqanizmlərin bioindikator kimi su hövzələrinin ekoloji qiymətləndirilməsində rolu” mövzusunda təqdimat ediblər. Tədqiqatın rəhbəri Biotibbi materiallar kafedrasının dosenti Samirə Şəfiyevadır.


Lalə Miriyeva təqdimatda su hövzələrinin ekoloji qiymətləndirilməsi zamanı aparılan kimyəvi, fizioloji və bioloji metodlardan bəhs edib, bioloji metodun biondikasiya və biotest üsullarının diğər üsullardan daha üstün olduğunu bildirib. Tərlan Oruczadə isə Xəzər suyunda müəyyən edilmiş canlı orqanizmlərin bioindikasiyada rolunu vurğulayıb.


Sonda fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Oxşar Xəbərlər