Hadisə

Biləsuvarda evdə yanğın olub

Movavi

Biləsuvar rayonunda evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Biləsuvar rayonunda ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button