Moskvadan İrəvana məktub: “Ayıb olsun!”

Apr26,2024

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya əleyhinə çıxışı ilə əlaqədar Rusiya parlamentinin Yuxarı Palatasının sədri Valentina Matviyenkonun adından İrəvana məktub daxil olub.

Bu barədə Alen Simonyanın mətbuat katibi Nelli Qulyan bildirib.

Qeyd edək ki, Avropa İttifaqı parlament sədrlərinin konfransında çıxış edən Simonyan Rusiyanı Ukraynaya müdaxilədə ittiham edib və Ermənistanın Ukraynanın, eləcə də Moldovanın, Gürcüstanın, Kiprin və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini bildirib.

Matviyenko senatorlara bu bəyanatlarla bağlı sorğu göndərməyi tapşırıb və vurğulayıb ki, bu cür rusofob çıxış diqqətsiz qoyula bilməz.

“Sadəcə, həmkarımıza ayıb olsun, o, artıq bütün “qırmızı xət”ləri keçib”, – deyə o bildirib.

Mənbə: TASS

Oxşar Xəbərlər