Bitkoinin qiyməti tarixi rekordu yenilədi

Okt20,2021

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti tarixi rekordu yeniləyib.

QİA.AZ bu barədə “Coinmarketcap” portalına istinadən məlumat verir.

Bu gün kriptovalyutanın qiyməti 66 208 dolları ötüb. Son saatlarda bitkoin 66 min dollar ətrafında alınıb-satılır.

Son sutka ərzində bitkoin 6 faizə yaxın bahalaşıb.

Qeyd edək ki, buna qədər ən yüksək göstərici aprel ayında qeydə alınmış, bitkoinin qiyməti 64 min dolları ötmüşdü.

Oxşar Xəbərlər