Boks üzrə yığmamız Tokio-2020-yə 5-ci lisenziyanı qazanıb

Boks üzrə Azərbaycan milli komandası Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Tokio-2020 Yay Olimpiya Oyunlarına beşinci lisenziyanı qazanıb.

Bu barədə “QİA.az” Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir.

Yığmanın üzvü Məhəmməd Abdullayev Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. +91 kq çəki dərəcəsində mübarizə aparan boksçu ukraynalı Tsotne Roqavanı məğlub edib.

Daha əvvəl Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqes (81 kq) də Avropa Olimpiya Təsnifat Turnirində Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Oxşar Xəbərlər