Böyük Britaniya gimnastı tamblinq üzrə qadınlar arasında dünya çempionu olub

Noy20,2021

Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatında qadınlar arasında tamblinq yarışlarında britanyalı Meqan Kili 67.800 xal yığaraq dünya çempionu olub.

QİA.AZ-ın məlumatna görə, fransalı gimnast Lüsi Tümuan 66.800 xalla ikinci yeri tutub.

66.500 xal yığxın Tahina Piters (Belçika) bürünc medal qazanıb.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Oxşar Xəbərlər