Dünya

Saakaşvili aclıq aksiyasını dayandırıb

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili 50 gündür davam edən aclıq aksiyasına son qoyub.

Bu barədə siyasətçinin həkimi Nikoloz Kipşidze məlumat yayıb.

Bundan əlavə, keçmiş prezidenin reabilitasiyasının həkimlər şurasının nəzarəti altında aparılacağı dəqiqləşib.

Qeyd edək ki, Mixeil Saakaşvili ötən gün Tbilisidə saxlanıldığı Qldani həsxanasının klinikasından reanimobillə Müdafiə Nazirliyinin Qori şəhərindəki Giorgi Abramişvili adına hərbi hospitalına köçürülüb.

Xatırladaq ki, M.Saakaşvili bu ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı 4 nəfər saxlanılıb.

Əlaqəli xəbər

Back to top button