Böyük Britaniyada koronavirusa qarşı 2 qarışıq dərman sınaqdan keçirilir

Böyük Britaniyada “Astra Zeneca” şirkətİ ilə Oksford Universitetinin birgə hazırladıqları dərmanla ABŞ-ın “Pfizer” şirkəti tərəfindən yaradılan dərmanın uzlaşıb-uzlaşmamasına dair sınaqlara başlanıb.

“QİA.AZ” “The Times”a istinadən xəbər verir ki, bu barədə baş sanitar həkiminin müavini Conatan Van-Tam (Jonathan Van-Tam) bildirib.

Belə ki, sınaqlar üçün 50 yaşdan yuxarı 800 nəfər könüllü axtarılır. “COVID-19-a qarşı kütləvi peyvəndləmə aparılması ilə bağlı problemləri, dünya bazarındakı təklifin məhdud olması ehtimalı nəzərə alınsa, daha çevik peyvəndləmə proqramını dəstəkləyəcək məlumatlar olmasının üstünlüyü şəksizdir”, – baş sanitar həkiminin müavini qeyd edib.

Bir-birİ ilə qarışdırıla, əvəzləyə bilən dərmanların istifadəsi nəticəsində yetkin əhalinin peyvəndləməsinin daha asan və çevik olacağı irəli sürülür. Belə ki, müxtəlif dərmanlar immun sisteminin ayrı-ayrı sahələrini güclüəndirrməklə virusa qarşı daha çox nəticələr əldə etməyə kömək olacaq.

Qeyd edək ki, Böyük Britaniyada dekabrın 8-dən aparılan peyvəndləmədə “Pfizer” və “BioNTech” şirkətlərinin dərmanı, habelə “Astra Zeneca” şirkətilə Oksford Universitetinin dərmanı vurulur. Hazırkı mərhələdə yalnız 65 yaşdan yuxarı və səhhəti zəif olan şəxslər, tibbi və sosial işçilər peyvənd olunur.

Oxşar Xəbərlər