Böyük Dəbilqə: Daha iki cüdoçumuz mübarizəyə başlayır

Mar27,2021

Bu gün Azərbaycanın daha iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayır.

QİA.AZ-ın məlumatına görə, yarışın ikinci günündə Murad Fətiyev və Zelim Tskayev (hər ikisi 81 kq) qüvvəsini sınayacaq.

Fətiyev 1/16 finalda Din Gemer (İsrail), Tskayev isə Kenni Bedellə (İtaliya) üz-üzə gələcək.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal qazanıb. Böyük Dəbilqəyə martın 28-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.

Oxşar Xəbərlər