2020-ci ilin nəticələrinə əsasən. Böyük Britaniyanın BP neft-qaz şirkətinin səhmdarlarının payına düşən xalis zərəri 20,31 milyard ABŞ dolları təşkil edib.
“QİA.AZ”ın məlumatına görə, bu barədə nəhəng enerji şirkətinin hesabatında deyilir.
Məlumata görə, 2019-cu ildə şirkətin xalis zərəri 4,03 milyard ABŞ dolları təşkil edib.
Ötən ilin dördüncü rübü ərzində şirkət mənfəətlə başa vurub. Şirkətin mənfəəti 1,36 milyard ABŞ dolları olub ki, bu da daha əvvəlki illə müqayisədə 71,5 dəfə artıma bərabərdir.
2020-ci ildə şirkətin gəlirləri 35 % azalarq 180,37 milyard ABŞ dolları təşkil edib. Ötən ilin dördüncü rübündə isə bu göstərici 37 % azalaraq 44,79 milyard ABŞ dolları olub.
Meksika körfəzində miqyaslı şəkildə neftin dağılması qəza ilə bağlı olan kompensasiya ödənişləri çıxılmaqla sərbəst pul axını 2020-ci ildə 13,8 milyard ABŞ dolları təşkil edib. BP-nin kapital xərcləri ilin nəticələrinə görə 12,03 miyard ABŞ dolları təşkil edib. Daha əvvəlki ildə bu göstərici 15,24 milyard ABŞ dolları olub.
BP Qrupunda 2020-ci il ərzində hasilat 8,1 % azalaraq gündəlik olaraq 3,47 milyon barel neft ekvivalentinə bərabər olub.