Braziliya millisinin sabiq baş məşqçisi xəstəxanaya yerləşdirildi

Dek15,2020
Braziliya millisinin sabiq baş məşqçisi xəstəxanaya yerləşdirildi

Futbol üzrə Braziliya millisinin sabiq baş məşqçisi Vanderley Luşemburqu növbəti dəfə koronavirusa yoluxub.

“QİA.AZ” “Globo Esporte” nəşrinə istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis San-Pauluda xəstəxanaya yerləşdirilib.

Luşemburqu koronavirusun fəsadlarını hiss edən zaman Rio-de-Janeyroda olub. Daha sonra klinikaya getməyə qərar verib.

Qeyd edək ki, Vanderley Luşemburqu iyulda da koronavirusa yoluxub. O, həmin vaxt xəstəliyi simptomsuz keçirdiyini bildirib. Luşemburqu 1998 – 2000-ci illərdə Braziliya millisinin baş məşqçisi olub.

Oxşar Xəbərlər