Dünya Kuboku: Daha iki qadın güləşçimiz mübarizəyə başlayır

Dek15,2020
Dünya Kuboku: Daha iki qadın güləşçimiz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha iki qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda mübarizəyə qoşulacaq.

“QİA.AZ”ın məlumatına görə, 57 kq çəki dərəcəsində Alyona Kolesnik 1/8 finalda İndoneziya təmsilçisi Anşu Anşu ilə üz-üzə gələcək.

65 kq-dakı Elis Manolova isə yarışa 1/4 finaldan başlayacaq. O, moldovalı İrina Rinqaçinin müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) 1/4 finalda rusiyalı Lyubov Ovçarovaya uduzaraq mübarizəni dayandırıb. Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.

Oxşar Xəbərlər